Rusiya klubu tanınmış azərbaycanlı ilə işbirliyini dayandırdı

5 İyun 02:30 Bizimkilər 1 646
Rusiya klubu tanınmış azərbaycanlı ilə işbirliyini dayandırdı

“Fakel” Aleksandr Səmədovla yolları ayırır.

Sportinfo.az xəbər verir ki, Voronej təmsilçisinin baş seleksiyaçısı Aleksandr Səmədov vəzifəsindən gedəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 15-də azərbaycanlı mütəxəssisin müqavilə müddəti başa çatacaq və tərəflər arasında yeni sözləşmə imzalanmayacaq.

Klub yaydığı açıqlamada 40 yaşlı funksionerə xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, “Fakel” 2025/2026 mövsümündə Rusiya I Liqasında 2-ci yeri tutaraq birbaşa Premyer Liqaya vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!