“Napoli” ilə razılaşa bilmir – Yeni FANTASTİK TƏKLİF aldı

27 Dekabr 2021 18:20 İtaliya 994
“Napoli” ilə razılaşa bilmir – Yeni FANTASTİK TƏKLİF aldı

“Napoli”nin hücumçusu Lorentso İnsinye Kanadanın “Toronto” klubundan təklif alıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı ulduz “Napoli” ilə yeni müqavilə məsələsində razılıq əldə edə bilmir.

O, illik 5 milyon avro məvacib tələb edir.

“Napoli” isə 4 illik müqavilə və illik 3,5 milyon avro məvacib vermək niyyətindədir. Belə məqamda “Toronto”nun təklifi olduqca cəlbedicidir. Kanada klubu futbolçuya ildə 7 milyon avro məvacib verməyə hazırdır.

İnsinyenin müqaviləsi mövsümün sonunda başa çatır. O, cari mövsümdə keçirdiyi 18 oyunda 5 qol vurub, 6 qol ötürməsi edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti