Buffon Ronaldo barədə elə bir etiraf etdi ki…

25 Dekabr 2021 15:20 İtaliya 1 881
Buffon Ronaldo barədə elə bir etiraf etdi ki…

İtaliya B Seriyasında çıxış edən "Parma"nın qapıçısı Canluici Buffon keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı qolkiper "Yuventus"un portuqaliyalı hücumçunu transfer etməsinin yanlış olduğunu deyib.

O, Ronaldonun komandanın sistemini pozduğunu deyib:

"2017-ci ildə Çempionlar Liqası finalına gedərkən çox təcrübəli olsaq da, hər şeydən öncə bir komanda idik. Ronaldo gələndən sonra bunu itirdik.

Onun "Yuventus"dakı ilk mövsümündə mən PSJ-də idim. "Yuventus"a qayıtdıqdan sonra Kriştiano ilə 2 il birlikdə oynadım. Onunla da çox şey bacardıq, amma bir komanda olduğumuzu deyə bilmərəm".

Ronaldo "Yuventus"a 2018-ci ildə Madrid "Real"ından 118 milyon avro qarşılığında transfer olunmuşdu.

O, Turin təmsilçisinin heyətində meydana çıxdığı 134 oyunda 101 qol vurub, 22 asist edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti