“Roma” “Real”dan icarəyə götürdüyü Borxo Mayoralemi vaxtından əvvəl geri qaytarmağı planlaşdırır.
Sportinfo.az xəbər verir ki, hücumçu 2020-ci ilin yay transfer dönəmində 2 illik icarəyə götürülmüşdü.
Bildirilir ki, futbolçunun göndərilməsini baş məşqçi Joze Mourinyo tələb edib.
O, Borxoya güvənmir. Onu 10 oyunda cəmisi 246 dəqiqə meydana buraxıb. Hücumçu bu müddətdə 1 qol vurub, 1 qol ötürməsi edib.
Məlumata görə, Mayoralemin xidmətində “Fiorentina” və “Kristal Pelas” maraqlıdır”.

