Məhkəmə bu klubu müflis elan etdi – 30 gün vaxtı var

23 Dekabr 2021 12:00 İtaliya 783
Məhkəmə bu klubu müflis elan etdi – 30 gün vaxtı var

İtaliyanın "Kataniya" klubu yerli şəhər məhkəməsinin qərarı ilə müflis elan olunub.

Sportinfo.az xəbər verir ki, Kataniya şəhərinin eyniadlı təmsilçisinin apellyasiya şikayəti vermək üçün 30 gün vaxtı var.

Komanda bu müddət başa çatanadək C seriyasında çıxışını davam etdirəcək.

1908-ci ildə "Pro Patriya" adı ilə yaradılmış klub 1946-cı ildən "Kataniya" adlanır.

A Seriyasında 14 mövsüm keçirmiş komanda sonuncu dəfə 7 il əvvəl elitada mübarizə aparıb. "Kataniya"nın yüksək liqada ən böyük uğuru 2 dəfə 8-ci yeri tutması olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti