Pirlo istefaya göndəriləcək və yerinə Alleqri gətiriləcək

6 Aprel 2021 01:52 İtaliya 533
Pirlo istefaya göndəriləcək və yerinə Alleqri gətiriləcək

İtaliya A Seriyasında qeyri-stabil çıxış edən "Yuventus"da baş məşqçi Andrea Pirlonun gələcəyi sual altındadır.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi postunda dəyişiklik etməyi düşünür.

"Tuttosport"un məlumatına görə, "qoca sinyora"nın prezidenti Andrea Anyelli komandanın keçmiş baş məşqçisi Massimiliano Alleqri ilə görüşüb.

Nəşrin məlumatına görə, onlar görüş zamanı gələn mövsümün planlarını müzakirə ediblər. Xəbərdə qeyd edilib ki, Turin təmsilçisi A Seriyasının növbəti turunda "Napoli" ilə görüşdə xal itirsə, Pirlo istefaya göndəriləcək və yerinə Alleqri gətiriləcək.

Bu mövsüm Çempionlar Liqasının 1/16 finalında "Portu"ya uduzan "Yuventus" A Seriyasının lideri "İnter"dən 12 xal geri qalır.

Alleqri 2014-2019-cu illərdə "Yuventus"u çalışdırıb. "Ağ-qaralar" 53 yaşlı italiyalı mütəxəssisin rəhbərliyi ilə 5 dəfə skudettonu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!