Əməliyyat olunacaq

12 Avqust 2023 15:20 İspaniya 1 160
Əməliyyat olunacaq

“Real Madrid”in türkiyəli futbolçusu Arda Güler əməliyyat olunacaq.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

64 yaşlı məşqçi Arda Gülerin müalicə müddətinin gözləniləndən daha qısa olacağını vurğulayıb.

“O, əməliyyat olunacaq və müalicəsi gözlənildiyindən daha qısa olacaq. Səhhətində kiçik problem var. Futbolçunun şəxsi həyatı üçün zədənin təfərrüatlarını açıqlamayacam”.

A.Güler “Real”la 6 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar