“Neftçi” ilə müqavilə bağlayan hücumçudan “Beşiktaş” açıqlaması: “Onu deyə bilərəm ki...”

10 Avqust 2023 20:40 İspaniya 944
“Neftçi” ilə müqavilə bağlayan hücumçudan “Beşiktaş” açıqlaması: “Onu deyə bilərəm ki...”

“Neftçi” çətin sınaq qarşısındadır.

Konfrans Liqasında ikinci mərhələni uğurla adlayan bakılılar pley-offa yüksəlmək üçün “Beşiktaş”ı mübarizədən kənarlaşdırmalıdır.

Təbii, Türkiyə nəhənglərindən birinə bu ağrını yaşatmaq çətin görünür. Amma mümkünsüz də deyil.

Komandanın yeni transferi və “Beşiktaş”la oyunlar üçün adı sifariş ərizəsinə salınan Andre Şinyaşiki məlum görüşlə bağlı danışıb.

Braziliyalı hücumçu Sportinfo.az-a oyunla bağlı təəssüratlarını bölüşüb:

“Kəpəz”ə məğlubiyyət yerinə düşmədi. Lakin futbolda bu cür hallar yaşanır. Səhvlərimizdən nəticə çıxarıb, “Beşiktaş”la oyuna köklənməliyik.

Bizim üçün olduqca vacib görüşdür. Çünki Avropanın güclü komandalarından birinə qarşı oynayacağıq.

Bu şansdan maksimum yararlanmalıyıq. Nəticə ilə bağlı nəsə deyə bilməyəcəyəm.

Onu deyə bilərəm ki, meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Əsas heyətdə yer almaq? Bu suala ən doğru cavabı baş məşqçi bilər. Mən matça hazır olmaq üçün əlimdən gələni edirəm və edəcəyəm”.

Avqustun 10-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Beşiktaş” qarşılaşması saat 21:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti