Nazir "Beşiktaş"ı yox, "Qarabağ"ı seçdi - FOTOLAR

10 Avqust 2023 20:20 İspaniya 794
Nazir "Beşiktaş"ı yox, "Qarabağ"ı seçdi - FOTOLAR

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" HİK-i qəbul edir.
İsrailli baş hakimin final fitindən əvvəl Gənclər və İdman naziri Fərid Qayıbov meydamın kənarında görünüb.

Qaçış zolağına yaxınlaşan Qayıbov öncə klub rəsmiləri ilə söhbət edib, daha sonra baş məşqçi Qurban Qurbanovla təxminən 10 dəqiqə fikir mübadiləsi aparıb.

Nazir fürsətdən istifadə edərək məşq edən futbolçuların videogörüntülərini əlindəki telefonun yaddaşına köçürüb.

Bildirək ki, bu gün Bakıda "Sabah" - "Partizan" və "Neftçi" - "Beşiktaş" oyunları keçirilir.

Fərid bəyin səs-küylü matçın keçirildiyi "Neftçi Arena"ya yox, Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkməsi maraqlı məqam kimi qeyd olunmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!