Ronaldo daha ən bahalı 10 futbolçu arasında deyil - Transfer qiyməti düşdü

15 Dekabr 2024 00:10 Dünya futbolu 1 140
Ronaldo daha ən bahalı 10 futbolçu arasında deyil - Transfer qiyməti düşdü

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldunun transfer qiyməti azalıb.

Sportinfo.az xəbər verir ki, forvardın “Transfermarkt”da dəyəri 12 min avro göstərilir.

Onun transfer qiyməti daha öncə 15 milyon avro idi.

Məlumata görə, beşqat “Qızıl top” sahibi artıq Səudiyyə Ərəbistanının ən bahalı on futbolçusu arasında deyil.

39 yaşlı hücumçu cari mövsüm 19 oyunda 16 qol vurub. Ümumilikdə isə o, rəsmi matçlarda 916 dəfə fərqlənən ilk futbolçu kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?