"Futbol qayıtsa, insanların fikirlərini yayındırmaq olar"

11 May 20:40 İspaniya 95
"Futbol qayıtsa, insanların fikirlərini yayındırmaq olar"

“Real”ın müdafiəçisi Serxio Ramos La Liqanın bərpası ilə bağlı gedən müzakirələr haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Ramos çempionatın bərpa olunmasının vacib olduğunu deyib.

O, bunun iqtisadi cəhətdən gəlirli olacağını vurğulayıb: “Başlamaq üçün vaxt lazımdır, ölkəyə iqtisadi sahədə dəstək olmaq üçün futbola ehtiyac duyulur.

Futbol qayıtsa, insanların fikirlərini virusdan yayındırmaq olar. Bu virusu məhv etmək üçün intizamlı olmalıyıq. Sevdiyi insanı itirən hər kəsə dəstək mesajı göndərmək istəyirəm, biz bunu bacara bilərik və birlikdə olmalıyıq.

Xavyerin iyunun 12-də çempionatın bərpa olunacağı ilə bağlı dediklərini eşitdim. Biz xeyli vaxt itirmişik, ona görə də tam qüvvə ilə hazırlaşmalıyıq ki, zədə riskindən qaça bilək”.

Xəbər Lenti
2 İyun 16:14 17 qollu oyun