Biri finala, 10-u yarımfinala vəsiqə qazandı - "Heydər Əliyev kuboku-2026"da

03:20 Boks 105
Biri finala, 10-u yarımfinala vəsiqə qazandı -

Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında "Heydər Əliyev kuboku-2026" beynəlxalq turniri davam edir.

Sportinfo.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın üçüncü günündə 31 döyüş baş tutub.

Azərbaycan boksçularından 1-i finala, 10-u yarımfinala vəsiqə qazanıb. Sabah qızlar arasında yarımfinal, oğlanlarda 1/4 final döyüşləri davam edəcək.

Qızlar

1/4 final

57 kq

Emiliya Beydullayeva (Azərbaycan) – Fatimə Alıyeva (Azərbaycan) – 3:2

Yarımfinal

48 kq

Aydan İsmayıllı (Azərbaycan) – Nurgül Ocaqova (Azərbaycan) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

63 kq

Alsu Yafarova (Azərbaycan) – Elene Karçava (Gürcüstan) – 2:3

Anastasiya Çokoraya (Gürcüstan) – Aynur Vəlizadə (Azərbaycan) – birinci qalib gəlib

Oğlanlar

1/4 final

46 kq

Həsrət Məmmədov (Azərbaycan) – Həsən Məhərrəmov (Azərbaycan) – 5:0

Yusif Hüseynov (Azərbaycan) – Xeyrəddin Paşayevi (Gürcüstan) – 4:1

Sərxan Əlizadə (Azərbaycan) – Maxanbet Sapar (Qazaxıstan) – 3:2

50 kq

Vaqif Məhəmmədli (Azərbaycan) – Faiq Hənifəzadə (Azərbaycan) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Rəsul Babazadə (Azərbaycan) – Luka Kokaşvili (Gürcüstan) – 5:0

Azad Məmmədli (Azərbaycan) – Sahib Baxışlı (Azərbaycan) – 0:5

Rüstəm Nəsibov (Azərbaycan) – Amir Tairjanov (Qazaxıstan) – 4:1

57 kq

Məhəmmədəli İstamov (Azərbaycan) – Nikita Stepoy (Moldova) – 5:0

Məmmədqulu İmanzadə (Azərbaycan) – Əli Camalzadə (Azərbaycan) – 0:5

63 kq

Vəkil Qurbanov (Azərbaycan) – Fərhad Quliyev (Azərbaycan) – 5:0

75 kq

Yusif Ağakişiyev (Azərbaycan) – Davud Camalzadə (Azərbaycan) – 5:0

+80 kq

Mehran Rəsulov (Azərbaycan) – Uğur Həsənov (Azərbaycan) – birinci mərhələ adlayıb

Yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır.

185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. "Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti