Nəbi dünya kubokunda daha bir qələbə qazandı

24 Aprel 04:20 Boks 823
Nəbi dünya kubokunda daha bir qələbə qazandı

Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya kubokunda növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.

Dünya kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə bu mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?