Bizim kişilər Dünya Kubokuna Çimkənddə hazırlaşacaq

03:30 Boks 50
Bizim kişilər Dünya Kubokuna Çimkənddə hazırlaşacaq

Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollanıb.

Sportinfo.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti