Azərbaycanın dünya çempionatında iştirak edəcək təmsilçiləri

14 Avqust 2023 01:40 Güləş 743
Azərbaycanın dünya çempionatında iştirak edəcək təmsilçiləri

Avqustun 14-dən 20-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləş üzrə mübarizə olacaq.

Ruslan Abdullayev (57 kq),Musa Ağayev (61 kq), Ramik Heybətov (65 kq),Mircavad Nəbiyev (70 kq), Elxan Qarayev (74 kq), Ali Tsokayev (79 kq), Təbriz Bayramov (86 kq),Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi dünya çempionatında təmsil edəcək.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Turnirdə Elvina Kərimzadə (50 kq), Gültəkin Şirinova (53 kq)və Əsmər Cankurtaran (55 kq) yerinə .qüvvəsini sınayacaq

Çempionata yunan-Roma güləşçilərinin çıxışıyla yekun vurulacaq. Yarışda Azərbaycanın 9 güləşçi xalçaya çıxacaq.

Fərid Sadıxlı (55 kq),İlkin Qurbanov (60 kq),Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) Ammanda mübarizə aparacaq.

Dünya çempionatında beynəlxalq dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti