Həkimlər azərbaycanlı hücumçuya “karyeranı təcili başa vur“ dedi

20 Yanvar 11:40 İspaniya 1 352
Həkimlər azərbaycanlı hücumçuya “karyeranı təcili başa vur“ dedi

“Səbail”in hücumçusu Ağabala Ramazanov müayinə üçün sabah Türkiyəyə gedəcək.

O, “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb.

Forvard görüşün 45-ci dəqiqəsində rəqib müdafiəçi Faiq Hacıyevlə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb.

Tibbi heyətin müdaxiləsindən sonra xəstəxanaya çatdırılıb. Ona beyin silkələnməsi diaqnozu qoyulub. Aylardır həkim nəzarətində olan forvard yaşadığı hadisənin təsirlərini hələ üzərindən tam ata bilməyib.

Sağ qulağında problem qalmaqdadır - eşitməsində zəiflik əmələ gəlib.

31 yaşlı oyunçu qardaş ölkədə özəl xəstəxanaların birində müayinədən keçəcək. Buradakı həkimlər ona karyerasını tezliklə başa vurmağa məsləhət görüblər.

O isə bunu istəmir. Türkiyə səfəri bu mənada onun üçün böyük əhəmiyyət daşıyır.

Ramazanov qardaş ölkədə baş nahiyəsini MRT etdirəcək, professorların qəbulunda olacaq. Onlar nə desə, elə də edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı