"Neftçi" Ramil Şeydayevi necə təqdim etdi? - VİDEO

19 İyul 2024 03:20 Neftçi 1 606
"Neftçi" Ramil Şeydayevi necə təqdim etdi? - VİDEO

"Neftçi" yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki,,Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

Ramil karyerası ərzində Rusiyanın "Zenit", "Rubin", "Krılya Sovetov", "Dinamo" (Moskva), Türkiyənin "Trabzonspor", "Kocaelispor", Slovakiyanın "Jilina", Tailandın "Buriram United", Azərbaycanın "Qarabağ" və "Sabah" klublarında çıxış edib.

O, Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib və 2016-cı ildən Azərbaycanın əsas millisinə çağırılır.

28 yaşlı hücumçu "Zenit"lə Rusiya, "Jilina" ilə Slovakiya, "Qarabağ"la Azərbaycan (2 dəfə) çempionluğunu qazanıb. "Qarabağ"ın heyətində Azərbaycan Kubokuna da sahib çıxan futbolçu 2022/23 mövsümündə Premyer Liqanın bombardiri olub.

O, 2013-cü ildə Rusiya U-17-si ilə Azərbaycan çempionluğuna sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!