"Şəxsən mənim bununla bağlı heç bir narahatlığım yoxdur"

20:50 İngiltərə 80
"Şəxsən mənim bununla bağlı heç bir narahatlığım yoxdur"

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska klubun maliyyə qaydalarını pozması ilə bağlı irəli sürülən 115 ittiham haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı heç bir dəyişikliyin baş vermədiyini bildirib:

“Yeganə deyə biləcəyim odur ki, üç il əvvəl, komanda trebl qazandığı mövsümdə də burada idim və o vaxt da eyni söhbətlər gedirdi. Üç il keçib, amma heç nə dəyişməyib.

Heç nə baş verməyib. Şəxsən mənim bununla bağlı heç bir narahatlığım yoxdur”.

Söhbət 2023-cü ilin fevralında Premyer Liqa rəhbərliyi tərəfindən “Mançester Siti”yə qarşı sürülən ittihamlardan gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti