"Neftçi" Avropa səhnəsinə çox acınacaqlı məğlubiyyətlə qayıtdı.
Bu barədə çox danışılıb, çox şərh verilib.
İndi isə bütün kollektiv cavab görüşünə köklənməlidir.
"Ağ qaralar"ın azarkeşləri qarşısında bağışlanması üçün tək yolu var.
Yuri Vernidub və yetirmələri "Dinamo" ilə səfərdə 2 topluq geriliyi aradan qaldırmalıdır.
Bunu bacarmaq mümkündürmü?
100%.
İlk oyun göstərdi ki, bakılılar rəqibindən aşkar üstündür.
Sadəcə fərdi səhvlər komandanı yanı üstə qoydu.
Ukraynalı mütəxəssis cavab görüşündə əsas heyətdə ciddi dəyişikliklərə getməlidir.
Mustafa Sek, Andrea Qravillon, Breno Almeyda, Tupta kimi ilk oyunu bərbad keçirənlər ehtiyat oyunçular skamiyasında əyləşməlidir.
Düzdü, Bakıdakı matçda aşağı-yuxarı hamı səhv etdi.
Amma pisin içindən yaxşıları seçmək də olar.
Daha çox köhnə qvardi ilə döyüşə hazırlaşmaq mütləqdir.
"Neftçi"nin fövqəladə oyun keçirməsinə ehtiyac yoxdur.
Bircə intensiv top itkiləri minimuma endirilsə, hətta belaruslular ən yaxşı gününü keçirsə belə geridönüş reallığa çevriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

