Analoqu olmayan Azərbaycan klubu - Növbəti “dayanacaq” hara olacaq?

26 İyul 21:15 Azərbaycan Futbolu 1 628
Analoqu olmayan Azərbaycan klubu - Növbəti “dayanacaq” hara olacaq?

Deyəsən, "Araz Naxçıvan" analoqu olmayan klub kimi futbolumuzda iz buraxmaq istəyir.

Artıq buraxıb da demək olar.

Naxçıvan təmsilçisi indi də sığınır Qəbələyə.

Komanda yeni mövsüm ev oyunlarını adıçəkilən bölgədə keçirəcək.

Bilməyənlər üçün məlumat verək ki, "Araz" 4-cü mövsümdür Premyer Liqaya qayıdıb.

Amma arxada qalan bu müddətdə təmsil olunduğu Naxçıvanda 1 rəsmi oyuna çıxmayıb.

Əvəzində uzun müddət Mərdəkanda yerləşən "Bona Dea Arena"da rəqiblərini qəbul edib.

Fürsət tapıb Masazırda yerləşən "Bank Respublika Arena"da meydan sahibi olub.

Hələ bu harasıdır...

Sumqayıtda "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və "SOCAR POLMYER Arena"da da meydan sahibi statusunda meydana çıxıb.

İndi də Qəbələ...

Klub rəhbərliyini təbrik edirəm.

Dünyada analoqu olmayan bu cür kluba sahib olduqları üçün.

Naxçıvanlılara isə "başınız sağ olsun" deməkdən başqa söz qalmır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”