“Yeni qurulan komandayıq, başa düşürük ki, vaxtımız çox azdır”

26 İyul 18:35 Hadisə 614
“Yeni qurulan komandayıq, başa düşürük ki, vaxtımız çox azdır”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov “Qəbələ” ilə yoxlama görüşündən sonra (1:1) klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, çempionatın startına qədər komandasının hazır olacağını deyib:

“Qəbələ” ilə matç ikinci yoxlama oyunumuz idi. Ümumilikdə oyun yaxşı alındı.

Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Meydanda olan bir neçə futbolçumuz bizimlə birlikdə cəmi 4-5 məşqdə iştirak edib.

Heyətimizi komplektləşdirməyə çalışırıq. Yeni qurulan komandayıq və futbolçuların meydanda bir-birini daha yaxşı tanıması üçün zaman lazımdır.

Başa düşürük ki, vaxtımız çox azdır. Lakin çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq”.

“Şəfa” ilk sınaq oyununda “İmişli” ilə heç-heçə edib - 2:2. Komanda növbəti yoxlama matçını iyulun 31-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?