Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir

20 Noyabr 2019 00:42 İspaniya 694
Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir

Fransa yığmasının futbolçusu Antuan Qrizmann “Barselona”nı tərk etmək istəyir. Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvard kapitan Lionel Messi ilə problem yaşadığı üçün çıxış yolunu getməkdə görür.

Onun karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirməyə müsbət yanaşdığı bildirilir. Məlumata görə, Qrizmann PSJ-dən Neymarın qaytarılması üçün istifadə oluna bilər. Qrizmann bu ilin yayında İspaniya “Atletiko”sundan 120 milyon avroya “Barselona”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti