"Yoxdursa, narahat olmayın, mövsüm uzundur, bacardıqca həzz alaq"

3 Avqust 2023 10:20 İspaniya 635
"Yoxdursa, narahat olmayın, mövsüm uzundur, bacardıqca həzz alaq"

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ona müqavilənin uzadılması təklif olunub-olunmadığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Simeone müqavilə ilə baglı tələsmədiyini bildirib:

“Tələsik heç nə yoxdur. Migel (“Atletiko”nun baş direktoru Migel Anxel Gil Marin) bunun klub üçün xeyirli olduğunu düşünsə, müqavilə haqqında danışmağa başlayacağıq.

Yoxdursa, narahat olmayın, mövsüm uzundur, bacardıqca həzz alaq. Başqa heç nə düşünmürəm.

“Atletiko”dan sonra həyatı təsəvvür edə bilərəmmi? Xeyr, çünki bu məni indi olduğum yerdən uzaqlaşdıracaq”.

Daha əvvəl “Atletiko” rəhbərliyinin Simeone ilə müqaviləni uzatmaq qərarına gəldiyi bildirilirdi.

Klub argentinalı mütəxəssislə müqaviləni 2026-cı ilə qədər uzatmağı planlaşdırır. Hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti