Qazona aid işlər başa çatdı - “Barselona”nın stadionunda

2 May 01:40 İspaniya 552
Qazona aid işlər başa çatdı - “Barselona”nın stadionunda

“Barselona”nın stadionu “Kamp Nou”da qazona aid işlər başa çatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Qazona indi baxım göstərilməsi futbolun yenidən bu stadiona qayıdacağı vaxta optimal oyun şəraitini təmin etmək üçün mühüm addımdır.

Əvvəldən planlaşdırıldığı kimi, “Barselona” bu ilin sentyabrında “Kamp Nou”ya qayıtmalıdır. Qazonun yerləşdirilməsindən sonra meydanın əsas sistemləri – drenaj, havalandırma və iqlimə nəzarət qurğuları test ediləcək və tənzimlənəcək.

İşlərin əvvəlcədən başa çatdırılması, rəsmi oyunlar bərpa olunmazdan əvvəl potensial problemlərin aşkarlanmasına və aradan qaldırılmasına imkan verəcək.

“Kamp Nou”nun yenidənqurma işlərinə 2022-ci ildə başlanılıb. Hazırda “Barselona” ev oyunlarını “Luis Kompanis” adına Olimpiya stadionunda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti