İki yaşlı ulduzla yeni müqavilə bağlamağa hazırdır – Paytaxt təmsilçisi

19 May 2024 01:30 İspaniya 898
İki yaşlı ulduzla yeni müqavilə bağlamağa hazırdır – Paytaxt təmsilçisi

“Real”ın yarımmüdafiəçiləri Luka Modriç və Toni Kroos gələn mövsüm də klubda qala bilər.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi hər iki futbolçu ilə müqaviləni uzatmağa hazır olduğunu bildirib.

Futbolçuların klubla müqavilələri 30 iyun 2024-cü ildə başa çatır.

36 yaşlı Modriç bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.

34 yaşlı Kroos oynadığı 46 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!