Ukraynalı hücumçu La Liqaya qayıdacaq?

01:40 İspaniya 146
Ukraynalı hücumçu La Liqaya qayıdacaq?

“Roma”nın hücumçusu Artem Dovbik yenidən İspaniya çempionatına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu keçmiş klubu “Jirona”ya transfer oluna bilər.

O, komandanın La Liqada qalacağı təqdirdə, bu variantı nəzərdən keçirməyə hazırdır.

27 yaşlı hücumçu 2024-cü ilin avqustunda “Jirona”dan “Roma”ya keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna qədərdir.

“Jirona”nın La Liqada 33 oyundan sonra 35 xalı var və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti