“El-klasiko”da oynayacaq? - “Barselona”nın zədəli yarımmüdafiəçisi

15:40 İspaniya 99
“El-klasiko”da oynayacaq? - “Barselona”nın zədəli yarımmüdafiəçisi

“Barselona”nın zədəli yarımmüdafiəçisi Mark Kasado qarşıdakı La Liqa matçında – “Real”a qarşı keçiriləcək “el-klasiko”da meydana qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

21 yaşlı futbolçu yalnız baş məşqçi Hans-Diter Flikin ehtiyac duyacağı halda oyuna cəlb olunacaq.

O, cari mövsümdə bütün turnirlərdə 36 oyunda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” oyunu mayın 11-də, saat 18:15-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti