Paytaxt klubu braziliyalı hücumçusunu yayda SATACAQ?

5 May 01:40 İspaniya 404
Paytaxt klubu braziliyalı hücumçusunu yayda SATACAQ?

“Real” yayda Rodriqonu satmağı düşünür.

Sportinfo.az xəbər verir ki, Madrid klubu braziliyalı futbolçu üçün start qiymət 100 milyon avro müəyyən edib.

Futbolçu ilə “Mançester Siti” və “Arsenal”ın maraqlandığı bildirilir. 24 yaşlı hücumçu ilə bağlı qərarın yayda “Real”a baş məşqçi təyin ediləcəyi gözlənilən Xabi Alonso ilə danışıqlardan sonra veriləcəyi deyilir.

Rodriqo bu mövsüm “kral klubu”nda bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!