“Real”dan gedişini nə vaxt açıqlayacağı bilindi -

4 May 20:50 İspaniya 105
“Real”dan gedişini nə vaxt açıqlayacağı bilindi -

“Real”ın baş məşqçisi Karlo Ançelotti may ayının son həftəsində Madrid klubundan ayrılacağını açıqlayacaq.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, eyni zamanda, Braziliya millisinə rəhbərlik etmək qərarını da açıqlayacaq.

Hazırda “Bayer”in baş məşqçisi olan Xabi Alonsonun da “Real”a təyinatının açıqlanacağı bildirilir.

Ançelotti Madrid klubuna 2013-2015-ci illərdə rəhbərlik edib və daha sonra 2021-ci ilin yayında yenidən komandaya qayıdıb.

Onun rəhbərliyi altında “Real” üç dəfə Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının və ölkə kubokunun qalibi olub. Ançelottinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
4 May 11:30 Gəlin, TANIDAQ!