Yamalın maaşı “Barselona”nı qarışdırdı - Uşağa bu qədər pul verərlər?

3 May 22:00 İspaniya 633
Yamalın maaşı “Barselona”nı qarışdırdı - Uşağa bu qədər pul verərlər?

“Barselona”da 17 yaşlı vinger Lamin Yamalın səbəb olduğu gərginlik getdikcə artır.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Yamal yayda 18 yaşına çatacaq və həmin vaxtdan etibarən onun “Barselona” ilə peşəkar müqaviləsi qüvvəyə minəcək.

Müqaviləyə əsasən, futbolçunun illik maaşı 35-40 milyon avro təşkil edə bilər. Bu isə onu komandanın ən yüksək maaş alan oyunçusuna çevirəcək.

Gənc yaşına baxmayaraq, bu qədər yüksək maaş veteran futbolçular arasında narazılıq yaradıb. Onlar hesab edirlər ki, 18 yaşlı bir oyunçunun klubda ən yüksək maaş alması doğru deyil.

İspaniyalı futbolçu cari La Liqa mövsümündə 30 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti