
Braziliya Futbol Konfederasiyası “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə 12 may tarixində müqavilə imzalamaq niyyətindədir.
Bu tarix “Real”ın La Liqanın 35-ci turunda “Barselona” ilə oyunundan bir gün sonraya təsadüf edir.
Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Braziliyalılar italiyalı mütəxəssisin millinin yeni baş məşqçisi olacağına əmindirlər.
Ancaq onlar Ançelottinin “Real”ın İspaniya çempionluğu uğrunda şansları tükənənə qədər yeni müqavilə imzalamaq istəməməsinə hörmətlə yanaşırlar.
“Real” hazırda La Liqada 33 turdan sonra 72 xal toplayaraq 2-ci pillədə qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.