“Barselona”ya keçməkdən imtina etdi - Kolumbiyalı hücumçu

3 May 15:40 İspaniya 174
“Barselona”ya keçməkdən imtina etdi - Kolumbiyalı hücumçu

“Liverpul”un hücumçusu Luis Dias karyerasını İngiltərədə davam etdirmək qərarına gəlib.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçu “Barselona”ya keçmək fikrindən imtina edib və hazırda “qırmızılar”la müqaviləsinin müddətinin uzadılması barədə danışıqlar aparır.

28 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 47 oyunda iştirak edib, 16 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa kimidir.

Diasın transfer dəyəri 85 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti