Nigeriyalı hücumçuya 50 milyon avro ödəməyə hazırdır - “Barselona”

2 May 2025 21:20 İspaniya 575
Nigeriyalı hücumçuya 50 milyon avro ödəməyə hazırdır - “Barselona”

Nigeriya millisinin və “Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını La Liqada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

“Barselona” afrikalı forvardın transferində maraqlıdır. Klub rəhbərliyi Lukmanın müqaviləsində göstərilmiş 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

27 yaşlı futbolçunun “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarınadək qüvvədədir. O, cari mövsümdə A Seriyasında 28 oyun keçirib və 13 dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti