Üç həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq - “Barselona”da ciddi itki

2 May 2025 00:20 İspaniya 849
Üç həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq - “Barselona”da ciddi itki

“Barselona”nın futbolçusu Jül Kunde sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinalının ilk oyunlarında “İnter”lə matçda zədələnib. O, görüşün 42 dəqiqəsində meydanı tərk edib.

Bu gün səhər tibbi müayinədən keçən fransalı oyunçuya sol ayaq budunun arxa əzələləri zədəsi diaqnozu qoyulub. Kundenin 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı güman edilir.

Jül Kunde bu mövsüm “Barselona”nın heyətində 53 oyuna çıxaraq 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM