"Belə hallarda tələsmək olmaz, ehtiyatlı davranmalıyıq"

1 May 22:00 İspaniya 114
"Belə hallarda tələsmək olmaz, ehtiyatlı davranmalıyıq"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Robert Levandovski və müdafiəçi Alexandro Baldenin durumuna aydınlıq gətirib.

Hər iki futbolçu zədə səbəbilə kataloniyalıların son oyunlarını, o cümlədən UEFA Çempionlar Liqasının “İnter”lə ilk yarımfinal matçını (3:3) buraxıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında bunları deyib:

“Onlar cavab oyununa qədər qayıda bilərlər. Hətta daha tez də oynaya bilərlər, amma səbirli olmaq vacibdir.

Belə hallarda tələsmək olmaz, ehtiyatlı davranmalıyıq. Həkim heyətindən “yaşıl işıq” gəldikdə, onlar meydana qayıdacaqlar.”

“Barselona” şənbə günü La Liqada “Valyadolid”lə qarşılaşacaq. Komanda mayın 6-da isə “İnter”lə cavab matçına çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 May 10:40 AFFA-da yeni təyinat