
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hazırda “Real”da çıxış edən braziliyalı hücumçu Vinisius Junioru heyətinə qatmaq istəyir.
Sportinfo.az xəbər verir i, bu barədə “Sports Zone” məlumat yayıb.
“Əl-Hilal” artıq 24 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə yaradıb.
Klub bu transfer üçün ümumilikdə 800 milyon avro xərcləməyə hazırdır. Bu məbləğə futbolçunun transfer qiyməti, maaşı və bonuslar daxildir.
Ancaq Vinisiusun özü hazırda “Real”da qalmağa daha çox meyllidir. Onun “kral klubu” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.