“O, bizə ata kimidir! Bəzən kənardan çox sərt görünə bilər, amma...”

18:40 İspaniya 128
“O, bizə ata kimidir! Bəzən kənardan çox sərt görünə bilər, amma...”

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri komandanın baş məşqçisi Hans-Diter Fliki ailəvi bir fiqura bənzədib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu, almaniyalı çalışdırıcının həm ciddi, həm də qayğıkeş xarakterini vurğulayıb:

“Flik bizim üçün ata kimidir. Hər zaman bizə qayğı göstərir, kömək etməyə çalışır.

Bəzən kənardan çox sərt görünə bilər, amma çətin dövrlərimizdə bizə dəstək olur, danışır, necə olduğumuzu soruşur”.

Pedri cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 52 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xarici mediada yayılan məlumatlara əsasən, Hans-Diter Flik “Barselona”dan ayrıldıqdan sonra məşqçilik karyerasını tamamilə başa vura bilər.

Digər Xəbərlər
Xəbər Lenti