“O, dəli olmuşdu və artıq özünü idarə edə bilmirdi"

15:20 İspaniya 122
“O, dəli olmuşdu və artıq özünü idarə edə bilmirdi"

Almaniya yığmasının əfsanəsi Lotar Mateus “Real”ın “Barselona”ya uduzduğu (2:3) İspaniya Kubokunun finalında Madrid klubunun alman müdafiəçisi Antonio Rüdigerin davranışını tənqid edib.

Sportinfo.az bu barədə “Diario AS” nəşrinə istinadən xəbər verir.

“O, dəli olmuşdu və artıq özünü idarə edə bilmirdi. O, Almaniya millisinin oyunçusudur və nümunəvi olmalıdır.

Matç zamanı bütün bunları unudur. Dörd həftəlik diskvalifikasiya cəzası alsa, özünü şanslı hesab etməlidir. Çünki böyük ölçüdə cəza gözləyirəm”, - Mateus bildirib.

İspaniya Kubokunun finalında ikinci hissəyə əlavə olunmuş dəqiqədə baş hakim Kilian Mbappenin ötürməsi zamanı “Real”ın hücumunu dayandırıb.

Antonio Rüdiger ehtiyat oyunçular skamyasından hakimə doğru buz torbası atıb. Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alan futbolçu hakimi təhqir edib.

Digər Xəbərlər
Xəbər Lenti