“Real”ın müdafiəçisi ilə bağlı araşdırma aparılır – Düzünü de, söyüş söymüsən?

30 Aprel 2025 01:30 İspaniya 561
“Real”ın müdafiəçisi ilə bağlı araşdırma aparılır – Düzünü de, söyüş söymüsən?

“Real”ın müdafiəçisi Dani Karvahal İspaniya kubokunun “Barselona” ilə final qarşılaşmasında hakimə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə bir neçə oyunluq diskvalifikasiya ilə üzləşə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Karvahal zədə səbəbindən “el-klasiko”da iştirak etməyib. Ancaq onun matç zamanı və ya sonrakı davranışları ilə bağlı ciddi araşdırma aparılır və cəzalandırılması gündəmdədir.

Final oyunu Sevilyada baş tutub və “Barselona” 3:2 hesablı qələbə qazanaraq, 32-ci dəfə kral kubokuna yiyələnib. Qələbə qolunu əlavə vaxtda fransalı müdafiəçi Jül Kunde vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti