“O, bilir ki, biz bu əməkdaşlığı mümkün qədər uzatmaq istəyirik”

29 Aprel 01:30 İspaniya 204
“O, bilir ki, biz bu əməkdaşlığı mümkün qədər uzatmaq istəyirik”

“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçi Hans-Diter Fliklə yeni müqavilə ilə bağlı danışıqları təsdiqləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı çalışdırıcının klubla uzunmüddətli əməkdaşlıq istədiyini və onun həm peşəkar, həm də şəxsi keyfiyyətləri ilə komanda üçün uyğun olduğunu bildirib:

“Flik bilir ki, biz bu əməkdaşlığı mümkün qədər uzatmaq istəyirik. O, peşəkar və şəxsi keyfiyyətləri, klub anlayışı ilə komandaya uyğun gəlir.

Ancaq o, ildən-ilə irəli getməyə və bir illik anlaşmanı üstün tutan bir məşqçidir. Flik növbəti mövsüm də bizimlədir.

Klub rəhbərliyi artıq yaxın gələcəkdə nələrin görülməli olduğu üzərində işləyir”.

Flikin yetirmələri hazırda 76 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Onun komandası ötən günlərdə əsas rəqibi “Real” üzərindəki qələbədən (3:2) sonra ölkə kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!