“Biz onlara nəsə deməliyik, bir-birimizə yox - Hamısı qorxaqdır!”

4 Fevral 2025 01:40 İspaniya 771
“Biz onlara nəsə deməliyik, bir-birimizə yox - Hamısı qorxaqdır!”

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Rafinya İspaniya çempionatının 22-ci turunda “Alaves”lə oyunda hakimlər briqadasını qorxaq adlandırıb. Kataloniyalılar 1:0 hesablı qələbə qazanıb.

Braziliyalı cinah oyunçusu ikinci hissənin ortasında meydanı tərk edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, meydandan çıxan kimi qışqırıb:

“Biz onlara nəsə deməliyik, bir-birimizə yox. Onların hamısı qorxaqdır!”

“Barselona” İspaniya çempionatının 22 turundan sonra 45 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Hans-Diter Flikin komandası lider “Real”dan 4 xal geri qalır. “Atletiko” 48 xalla ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...