“Ronaldo üslubunda” proqram hazırlandı - Məxsusi Mbappe üçün

15 İyul 2024 10:20 İspaniya 959
“Ronaldo üslubunda” proqram hazırlandı - Məxsusi Mbappe üçün

“Real "ın hücumçusu Kilian Mbappe yeni mövsümün başlanğıcı öncəsi tanınmış fitnes məşqçisi Antonio Pintusla birlikdə çalışacaq.

Sportinfol.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

Bildirilib ki, Pintus fransalı futbolçunun əvvəlki formasına qayıtması üçün lazım olan “Kriştiano Ronaldo üslubunda” proqramı hazırlayıb.

İyulun 16-da “Santyaqo Bernabeu” stadionunda Mbappenin təqdimat mərasimi baş tutacaq. Futbolçunun həmyerlisi, “Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan da təqdimata dəvət olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi