“Mən həmişə Ronaldonun videolarına baxıram, o, mənim qəhrəmanımdır” – Braziliyalı hücumçu

13 Aprel 20:25 İspaniya 607
“Mən həmişə Ronaldonun videolarına baxıram, o, mənim qəhrəmanımdır” – Braziliyalı hücumçu

“Real”ın vingeri Rodriqo “Mançester Siti”yə vurduğu qolu (3:3) Kriştiano Ronaldonun üslubunda qeyd etməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, brazilyalı futbolçu həmişə Ronaldonun videolarına baxdığını bildirib:

“Mən həmişə Kriştianonun videolarına baxıram. Bəzən ilham almaq üçün bunu oyundan əvvəl edirəm.

Qoldan sonra ağlıma gəldi, ona görə də, onun üslubunda qeyd etdim. Həmişə dediyim kimi, o mənim kumirimdir, mənim qəhrəmanımdır.

Ona görə də, onu şərəfləndirmək üçün belə qeyd etmək mənim üçün hər zaman xoşdur”.

“Mançester Siti” və “Real” arasında cavab matçı aprelin 17-də İngiltərədə keçiriləcək.

Rodriqo bu mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU