“Real”ın baş məşqçisi Karlo Ançelotti “Roma”nı çalışdıran Joze Mourinyonun işini dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı mütəxəssisi dürüst insan və böyük məşqçi adlandırıb:
“Mourinyo dürüst insan, böyük məşqçidir. Azarkeşlərlə heyrətamiz əlaqə qurmağı bacarır.
Məncə, bu, müsbət bir şeydir. Joze üst pillələrdə yer almayan komanda ilə çempionluq yaşayıb”.
Portuqaliyalı mütəxəssis 2021-ci ilin iyulundan “canavarlar”ı çalışdırır. Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilə qədərdir.

