UEFA “Fənərbaxça”ya 30 min avro cərimə kəsdi

23 Avqust 2023 00:10 İspaniya 419
UEFA “Fənərbaxça”ya 30 min avro cərimə kəsdi

Sportinfo.az xəbər verir ki, UEFA “Fənərbaxça”nın səfərdə “Maribor”u 3:0 hesabı ilə məğlub etdikdən sonra yaşanan tribuna hadisələrinə görə Türkiyə klubuna verdiyi cəzanı açıqlayıb.

UEFA-dan verilən açıqlamaya görə, klubun “əşya atması, atəşfəşanlıq, zərərli hərəkətlər etməsi və kütləni narahat etməsi” səbəbi ilə cəzalandırılmasına qərar verilib.

Açıqlamada “Fənərbaxça”nın UEFA Avropa Konfrans Liqasında oynanılacaq növbəti səfər matçı üçün azarkeşlərinə bilet satışının qadağan edildiyi və 30 min avro cərimə olunduğu qeyd edilib.

UEFA ev sahibi komandanı da 40 min avro cərimələyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti