“Onun qanında “Barselona”ya məxsus DNT-lər var”

22 Avqust 2023 18:40 İspaniya 721
“Onun qanında “Barselona”ya məxsus DNT-lər var”

“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi İlkay Gündoğan haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, almaniyalı futbolçunun meydançada fərq yaratdığını söyləyib:

“Gündoğan komandanın əsas futbolçularındandır. Onun qanında “Barselona”ya məxsus DNT-lər var.

Topu heç vaxt itirmir, meydançada fərq yaratmağı bacarır, həmişə düzgün qərarlar verir. Oyun üslubumuzu dəyişdirmək üçün onunla müqavilə imzalamışıq”.

Almaniya millisinin üzvü yay transfer pəncərəsində “Mançester Siti”dən “Barsa”ya keçib. O, yeni klubunda 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti