Dünya çempionu üçün 32 milyon avroluq təklif - Ərəb klubundan

22 Avqust 2023 01:40 İspaniya 538
Dünya çempionu üçün 32 milyon avroluq təklif - Ərəb klubundan

"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo De Paul karyarasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçunun xidmətində "Əl Əhli" maraqlıdır.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Ərəblər 29 yaşlı orta xətt oyunçusu üçün Madrid təmsilçisinə 32 milyon avroluq rəsmi təklif göndərib. Asiya təmsilçisi Argentina millisi ilə dünya çempionu olmuş təcrübəli futbolçunun özünə də cəlbedici maaş təklif edib.

"Atletiko" Rodriqo De Paulu 2021-ci ilin yayında "Udineze"dən transfer edib. Argentina yığmasının üzvü İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 88 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti