Yeni transfer xəbərini açıqlamağa hazırlaşır - “Barselona”

22 Avqust 2023 00:20 İspaniya 472
Yeni transfer xəbərini açıqlamağa hazırlaşır - “Barselona”

“Mançester Siti”nin oyunçusu Joao Kanselo karyerasını “Barselona”da davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu müdafiəçini icarə əsasında transfer etmək fikrindədir.

Klubla oyunçu arasında müqavilənin şərtləri ilə bağlı razılıq əldə edilib.

Hazırda ancaq “Mançester Siti” ilə “Barselona”nın ortaq məxrəcə gəlməsi gözlənilir. “Barsa” bu həftə Kanselonun transferini açıqlamaq istəyir.

Kanselo 2022/23 mövsümünün ikinci hissəsini “Bayern”də icarədə keçirib. O, Münhen təmsilçisində 21 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti