Daha bir tanınmış Səudiyyə Ərəbistanı klubunda

18 Avqust 2023 15:20 İspaniya 609
Daha bir tanınmış Səudiyyə Ərəbistanı klubunda

Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına üz tutub.

Sportinfo.az xəbər verir ki, “Sevilya”nın qapıçısı Yassin Bono karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Mərakeşli qolkiper “Əl-Hilal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər 32 yaşlı qapıçı üçün İspaniya klubuna 21 milyon avro təzminat ödəyib. O, yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Bono 2019-cu ilin sentyabr ayından “Sevilya”da çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti