“Sevilya”nın qapıçısı üçün 21 milyon avro ödəyəcək - Ərəb klubu

16 Avqust 2023 15:20 İspaniya 699
“Sevilya”nın qapıçısı üçün 21 milyon avro ödəyəcək - Ərəb klubu

“Əl-Hilal” “Sevilya”nın qapıçısı Yassin Bononun qiymətini razılaşdırıb.

Sportinfo.az xəbər verir ki, ərəblər Bono üçün ispanlara 19 milyon avro, üstəlik 2 milyon bonus ödəyəcək.

Hazırda “Əl-Hilal” mərakeşli futbolçunun özü ilə danışıqlar aparır. Tezliklə tərəflərin tam razılığa gələcəyi gözlənilir.

Bono ötən mövsüm “Sevilya”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb. 32 yaşlı qolkiperin İspaniya klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti